
Tbilisi. Trend:
COP29-a hazırlıq inklüziv prosesdir.
Trend xəbər verir
ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Asiya İnkişaf
Bankının (AİB) Tbilisidə keçirilən illik toplantısı çərçivəsində
“Transformasiyanı təmin etmək üçün iqlim dəyişikliyi ilə mübarizədə
nəticələrin əldə edilməsi” mövzusunda panel müzakirəsi zamanı
deyib.
“Hazırlıqlar davam edir. Bu, inklüziv prosesdir. Biz bütün
tərəflərin iqlim maliyyəsinə daxil olmasını istəyirik. Burada
banklar böyük rol oynayır. Azərbaycan vəsaitin mövcud olduğuna
inanır. AİB bunda rol oynaya bilər.
Özəl sektorun iştirakı olmadan adaptasiya əldə edilə bilməz”, –
deyə nazir bildirib.



























