Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə Şəmkir rayonunda yol-nəqliyyat hadisəsinin baş
verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə
məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə
qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki,
“Nissan” markalı minik avtomobili dərəyə aşıb, 2 nəfər dərədə
köməksiz vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı
vəziyyətdə və 1 nəfərin meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə
təhvil verilib.
























