Bakı. Trend:
İsrail ordusu Fələstinin “İslami Cihad” təşkilatının hərbi
qanadının komandirlərindən birini öldürüb.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat
xidməti bildirib.
Məlumata əsasən, o, Qəzza zolağının cənubundakı Rəfah
şəhərindəki qoşunlarına cavabdeh olub.
Bildirilib ki, söhbət “İslami Cihad”ın strukturunda “yüksək
rütbəli döyüşçü”, Rəfah briqadasına komandanlıq edən Ayman
Zaarabdan gedir. A.Zaarab İsrail ordusunun və əks-kəşfiyyatın
aldığı kəşfiyyat məlumatları əsasında olkənin Hərbi Hava
Qüvvələrinin qırıcılarının endirdiyi zərbələr nəticəsində səhər
saatlarında məhv edilib.
Qeyd olunub ki, onunla birlikdə onunla eyni otaqda olan daha iki
“İslami Cihad” silahlısı məhv edilib




























