Advertisement

“Grok AI” çat-botu artıq Böyük Britaniyada işləməyə başlayıb

Bakı. Trend:

“X” sosial şəbəkəsinin Böyük Britaniyadakı premium hesab
sahibləri İlon Maskın “xAI” şirkəti tərəfindən hazırlanmış “Grok
AI” çat-botuna daxil olmaq imkanını əldə ediblər.

Trend-in məlumatına görə, bu barədə “X” sosial şəbəkəsindən
bildiriblər.

“Böyük Britaniyaya xoş gəlmisiniz, Grok <�…>. Grok indi
Böyük Britaniyada premium abunəçilər üçün əlçatandır”, – deyə
bildirilib.

Qeyd edək ki, 2023-cü ilin dekabrında İ.Mask “Grok AI”
çat-botunun beta versiyasının istifadəyə verildiyini elan etdi,
ABŞ-da “X”də Premium Plus abunəsi olanlar yeni neyron şəbəkəyə ilk
giriş əldə etdilər.