
Bakı. Trend:
Türkiyədən Qəzza zolağına humanitar yardım daşıyan 11-ci gəmi
Mersin limanından yola salınıb.
Trend-in
məlumatına görə, gəmiyə yüklənən 5 min 66 ton həcmində yardım
Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən toplanıb. Təxminən 40
saat sonra Misirin Əl-Ariş limanına çatacaq yardımlar oradan
Qəzzaya aparılacaq.
Qızıl Aypara Cəmiyyəti və Fövqəladə Halların İdarə Olunması
Agentliyinin (AFAD) koordinasiyası ilə indiyədək Türkiyədən Qəzza
zolağına 13 təyyarə və 10 gəmi ilə ümumilikdə 50 min tondan artıq
humanitar yardım göndərilib.





























