Advertisement

İstanbul boğazı gəmilərin hərəkəti üçün bağlanıb

Bakı. Trend:

Türkiyənin Bosfor boğazı gəmilərin hərəkəti üçün
dayandırılıb.

Trend bu barədə türk
KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, boğazın şimal girişində “Brabus” adlı yük
gəmisinin sükanında nasazlıq yarandığı üçün Bosfor boğazında
gəmilərin hərəkəti müvəqqəti olaraq hər iki istiqamətdə
məhdudlaşdırılıb.

Sahil Təhlükəsizliyi Baş İdarəsindən bildirilib ki, RESCUE-10
yedək gəmisi və KEGM-8 sürətli xilasetmə qayğı dərhal hadisə yerinə
yönəldilib.