Advertisement

Azərbaycan millisi Avropa çempionatında 3 qızıl və 2 gümüş medal qazanıb

Bakı. Trend:

İsveçin paytaxtı Stokholmda uşu-sanda üzrə Avropa çempionatı
başa çatıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, Azərbaycan millisi yarışı 3 qızıl və 2
gümüş medalla başa vurub.

Böyük məşqçi Barətdin Səlimovun rəhbərlik etdiyi komandada
gənclər arasında Amin Əlilli (60 kq) və Həmzə Rəsulzadə (65 kq)
bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu olub. Finalda
uduzan Elçin Muradov (52 kq) gümüş medala sahib çıxıb.

Böyüklərin mübarizəsində Orxan Hətəmov (48 kq) fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb. Ruslan Pirəliyev (70 kq) isə qitə
birinciliyini gümüş medalla başa vurub.