Advertisement

Energetika naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Mayın 24-də energetika naziri Pərviz Şahbazov Ağcabədi,
Beyləqan, Füzuli, Ağdam, Bərdə, Zərdab və Xocavənd rayonlarından
olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan başlayaraq Yeni Azərbaycan Partiyası
Ağcabədi rayon təşkilatının inzibati binasında (ünvan: Ağcabədi
şəhəri, H.Əliyev pr. 213A) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün
Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar
Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon
nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev),
[email protected] elektron poçt ünvanı, eləcə də Enerji
Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici
şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron
poçt ünvanı:

[email protected]), Mingəçevir filialı
(əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070)
590-00-09, elektron poçt ünvanı: [email protected]) və
Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov: əlaqə
telefonu: (050) 509-80-50, elektron poçt ünvanı:
[email protected]) vasitəsilə müraciət edə bilərlər.
Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet
səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də
qəbul üçün müraciət etmək mümkündür.