
Bakı. Trend:
Mayın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Bakıda və
Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı
gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək
çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Arabir
güclənən şimal-qərb küləyi günün ikinci yarısında
mülayimləşəcək.
Havanın temperaturu gecə 10-12°, gündüz 13-15° olacaq. Atmosfer
təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 %
olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar
yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman
olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14°, gündüz 15-20°, dağlarda gecə
2-7°, gündüz 7-12° olacaq.





























