Advertisement

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək – Simonyan təsdiqlədi

Bakı. Trend:

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin baş
naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin andiçmə
mərasimində iştirak etməyəcəyini təsdiqləyib.

Trend bu
barədə erməni KİV-ə istinadən xəbər verir.

Erməni jurnalistin Paşinyanın Putinin andiçmə mərasimi üçün
Moskvaya gedib-getməyəcəyi ilə bağlı sualına Simonyan “xeyr” deyə
cavab verib.

Xatırladaq ki, bu yaxında erməni KİV-ində Paşinyanın Putinin
andiçmə mərasimində iştirak etməyəcəyinə dair məlumat
yayılmışdı.

Məlumata görə, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadi
İttifaqının (Aİİ) 10 illiyi ilə bağlı yubiley sammitində iştirak
etmək üçün Rusiyada olacaq, lakin mayın 9-da Qələbə günü ilə bağlı
təşkil olunan tədbirlərdə iştirak etməyəcək.

Erməni KİV bunun Qərbin tələbi olduğunu yazır.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin andiçmə
mərasimi mayın 7-də keçiriləcək.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun