
Bakı. Trend:
İş yerində kibertəhlükəsizliyinizi, xüsusilə də, şifrlərinizi
qorumaq üçün qeyd olunan addımları izləyə bilərsiniz.
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti
məlumat yayıb.
Qeyd olunan addımları izləyərək iş yerində
kibertəhlükəsizliyinizi qoruya bilərsiniz.
1) Şəxsi şifrlərinizi həmkarlarınız, tanışlarınız, yüksək
vəzifəli işçilər və ya partnyorlarınızla paylaşmaqdan çəkinin;
2) Şifrlərinizi qeyd kağızlarında kompüteriniz yanında hər kəsin
görəcəyi şəkildə qoymayın.
3) Fərqli hesablar üçün fərqli şifrlərdən istifadə edin.
4)Planşet, kompüter və mobil cihazlar da daxil olmaqla, şirkət
tərəfindən verilmiş bütün cihazları şifrlə qorunmuş formada
saxlayın.
5)İstifadə etmədiyiniz zaman kompüterinizi həmişə
kilidləyin.
6)Naməlum cihazın (məsələn, USB) qoşulmadığından əmin olmaq üçün
mütəmadi olaraq portları yoxlayın.





























