
Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar
minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat
açıqlanıb.
Bu barədə Trend-ə Azərbaycan
Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Məlumata əsasən, azad olunan ərazilərdə 29 aprel-5 may 2024-cü
il tarixləri ərzində 53 tank əleyhinə, 26 piyada əleyhinə mina, 378
partlamamış hərbi sursat (PHS) aşkarlanıb və
zərərsizləşdirilib.
Həmçinin, 2046.3 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti
həyata keçirib.





























