Advertisement

Naftalanda ev yandı – Trend.Az

Bakı. Trend:

Naftalanda yanğın olub.

FHN-dən Trend-ə verilən
xəbərə görə, Naftalan şəhərinin Qasımbəyli kəndində ümumi sahəsi 66
m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar
konstruksiyaları 40 m² sahədə, 1 otağının yanar konstruksiyaları və
ev əşyaları 24 m² sahədə yanıb.

Yüksək temperaturdan digər otağın lambirdən ibarət tavanı 10 m²
sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.