
Bakı. Trend:
Müdafiə Nazirliyinin 2024-cü il üçün hazırlıq planına əsasən,
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə
tədbirlər çərçivəsində hərbi hissələrdə bir qrup hərbi
vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir.
Trend bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim
müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər
təminat növləri ilə təmin olunurlar.
Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara
təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə
məşğələlər keçirilir.
Təlim toplanışı çərçivəsində plana uyğun olaraq, hərbi
vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının
artırılması, təlim sahəsində praktiki vərdişlərinin
təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra
ediləcək.





























