
Bakı. Trend:
“InvestAZ” dünya maliyyə bazarları ilə bağlı həftəlik
analizi açıqlayıb.
İngiltərədə BoE-nin faiz qərarı və ÜDM
göstəriciləri
Ötən həftənin cümə günü Amerikada açıqlanan əmək
bazarına dair hesabatın keçən ay məşğulluqda artım templərinin
səngidiyini göstərməsi və geriləyən əmək bazarı göstəricilərinin
FED-in faiz dərəcələrini ilin sonuna kimi yüksək saxlayacağı ilə
bağlı ehtimalları zəiflətməsinin ardından bu həftə investorlar,
bəzi FED rəsmilərini dinləmək şansı əldə edəcəklər. Bu həftə,
həmçinin, İngiltərə Mərkəzi Bankı ilə Avstraliya Mərkəzi Bankının
toplantısı baş tutacaq.
FED rəsmilərinin çıxışları və ABŞ-dan iqtisadi
göstəricilər
Bu həftə iqtisadi təqvim seyrək olduğundan diqqətlərin
çoxu FED-in keçən həftə inflyasiya ilə bağlı irəliləyiş olmadığını
etiraf etməsindən sonra çıxış edəcək Mərkəzi Bank rəsmilərinin
verəcəyi açıqlamalarda olacaq.
Bazar ertəsi Nyu-York FED-in sədri Con Uilyams və
Riçmond FED-in sədri Tomas Barkin, bir gün sonra isə Minneapolis
FED-in sədri Nil Kaşkari çıxış edəcək. Çikaqo FED-in sədri Austan
Qulsbi və FED-in vitse-prezidenti Mişel Bouman həftənin sonunda
çıxış edəcəklər.
Cümə günü açıqlanacaq istehlakçı etimadına dair
göstəricilər inflyasiya gözləntiləri və iqtisadi görünüş haqqında
yeni məlumatlar verəcək. İlk dəfə İşsizlik Müavinatı üçün
Müraciətlərin Sayına dair həftəlik hesabat cümə axşamı
açıqlanacaq.
Texnologiya şirkətlərinin qazanc
hesabatları
Birinci rübdə qazanc mövsümü son platoya
yaxınlaşdıqca, bu həftə hesabat verəcək əsas şirkətlər arasında
“Walt Disney” (DIS), “Wynn Resorts” (WYNN) və “Akamai Technologies”
(AKAM) var.
Hesabat verəcək kiçik ölçülü adlara qida şirkəti
“Bellring Brands” (BRBR) və neft və təbii qaz şirkəti “Permian
Resources” (PR) daxildir.
FED-in faiz dərəcələrini hələ uzun müddət yüksək
saxlama ehtimal, borç maliyyələşdirilməsinə və istehlakçı
xərcələrinə daha çox ümid bəsləyən kiçik şirkətlər üçün
perspektivləri kölgədə qoyduğu üçün, kiçik sərmayəli hissə
sənədləri bu il fond birjalarındakı ümumi artımların çox gerisində
qaldılar.
EUR
Ötən həftəyə 1.0693 səviyyəsindən start verən EURUSD
məzənnəsi həftə ərzində 1.0810 həddini test etsə də, burada
müqavimətlə qarşılaşaraq ucuzlaşdı və həftəlik şamını 1.0750
səviyyəsində tamamladı.
Bu həftə Avrozonada, Almaniyada açıqlanacaq Xidmət
Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri və Avropa Mərkəzi
Bankının son toplantısının dərc olunacaq protokolları avronun
valyuta birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.
İngiltərə Bankının iclası
İnvestorlar, İngiltərə Mərkəzi Bankının (BoE) gələcək
aylarda faiz dərəcələrini azaltmaq niyyətində olub-olmadığına dair
yeni əlamətlər üçün cümə axşamı günü faiz dərəcəsi açıqlamasını və
BoE sədri Endryu Beylinin çıxışını izləyəcəklər.
BoE rəsmiləri bu ilin əvvəlində uçot dərəcəsinin
azaldılması ehtimalı haqqında açıq danışsalar da, son iqtisadi
məlumatlar İngiltərə iqtisadiyyatında qiymət təzyiqlərinin qarışıq
mənzərəsini yaratdı və bu, bazarların iyundan sentyabr ayına qədər
ilk faiz endirimi gözləntilərini geri çəkməsinə səbəb oldu.
BoE, həmçinin yenilənmiş rüblük proqnozlarını dərc
edəcək. Analitiklər hesab edirlər ki, orta müddətli inflyasiya
proqnozlarında istənilən geriləmə bu il faiz dərəcələrinin
azaldılması ilə bağlı ehtimalları gücləndirə bilər.
İnvestorlar çərşənbə axşamı günü İngiltərə Mərkəzi
Bankanın sədri Endryu Beylinin çıxışında BoE-nin monetar
siyasətinin gələcəyinə dair ip ucları axtaracaqlar.
İngiltərədə cari həftənin cümə günü açıqlanacaq ÜDM-in
həcminə dair göstəricilər GBPUSD məzənnəsində tendensiyanın
gedişinə ciddi təsir edə bilər. Ötən həftəyə 1.2490 səviyyəsində
başlayan GBPUSD məzənnəsi həftə ərzində 1.0632 həddini test etsə
də, burada müqavivətlə qarşılaşaraq ucuzlaşdı və həftəlik şamını
1.2545 səviyyəsində tamamladı.
“Ayılarlar” qiyməti 1.25$ səviyyəsinin altında saxlaya
bilsələr, eniş tendensiyası davam edə bilər.
NEFT
Neft qiymətləri keçən həftə son üç ayın ən kəskin
həftəlik itkisini yaşadı, “Brent” nefti 7%-dən çox, “WTI” nefti isə
6.8% ucuzlaşdı.
İnvestorlar hesab edirlər ki, uzunmüddətli
perspektivdə daha yüksək borclanma xərcləri dünyanın aparıcı neft
istehlakçısı olan ABŞ-da iqtisadi artıma mane olacaq.
Hər iki tərəf müvəqqəti atəşkəs və beynəlxalq
vasitəçilərlə danışıqları nəzərdən keçirdikcə, İsrail-Həmas
müharibəsindən yaranan geosiyasi risk təzyiqləri azalıb.
İnvestorlar aşağı neft qiymətlərinin ABŞ hökumətini
strateji ehtiyatları artırmağa sövq edib-etməyəcəyini maraqla
izləyirlər.
XAUUSD
Ötən həftəyə 2336$ səviyyəsindən başlayan və 2346$
səviyyəsini test edən qızıl, açıqlanan qlobal iqtisadi göstəricilər
və geosiyasi proseslər fonunda 2277$-a kimi ucuzlaşsa da həftəlik
şamını 2301$ səviyyəsində tamamladı. Ehtimal olunur ki, “ayılar”
qiyməti 2300$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası
davam edə bilər.



























