
Bakı. Trend:
Mayın 6-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında dörd gün
davam edəcək Meşə Forumunun sessiyası işə başlayıb.
Trend təşkilatın saytına istinadən xəbər verir ki, BMT-nin Meşə
Forumu BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) universal üzvü
olan funksional komissiyasıdır.
2000-ci ildə təsis edildiyi gündən bəri Forum 2007-ci ildə ilk
BMT Meşə Aləti, 2015-ci ildə Qlobal Meşə Maliyyələşdirilməsinin
Asanlaşdırılması Şəbəkəsi (GFFFN) və 2030-cu ilədək Meşələr üzrə
ilk BMT-nin Strateji Planının qəbulu və onun altı Qlobal Meşə
Məqsədi daxil olmaqla bir çox mərhələlərdən keçib. Bu, BMT-nin Meşə
Forumunun sayca 19-cu (UNFF19) sessiyasıdır.
UNFF19 tarixi sessiyadır, belə ki, Forum Meşələr üzrə Beynəlxalq
Razılaşmanın keçid mərhələsini həyata keçirir. Qlobal Meşə
Məqsədlərinə nail olunmasını təmin etmək və Dayanıqlı İnkişaf
Hədəflərinə (DİM) doğru irəliləyişi sürətləndirmək üçün əldə
edilmiş tərəqqi qiymətləndirilməsi və boşluqların müəyyən edilməsi
üzrə icmal 2030-cu ilə qədər olan kursu müəyyənləşdirəcək.
Sessiyanın əsas nəticələri Yüksək Səviyyəli Seqment bəyannaməsi
və keçid mərhələsinin nəticələrini, həmçinin Forumun 2025-2028-ci
illər üçün yeni dördillik Fəaliyyət Proqramını özündə əks etdirən
omnibus qətnaməsi olacaq.
BMT Meşə Forumunun sessiyasında təşkilata üzv ölkələrin daimi
nümayəndəlikləri, habelə meşə təsərrüfatı üzrə ekspertlər və iri
biznes strukturlarının təmsilçiləri iştirak edirlər.





























