Advertisement

Macarıstan və Ermənistan öz paytaxtlarında səfirlik açacaq

Bakı. Trend:

Macarıstan və Ermənistan öz paytaxtlarında səfirlik açacaq.

Trend xəbər
verir ki, bu barədə Macarıstanın beynəlxalq əlaqələr üzrə dövlət
katibi Zoltan Kovaç “X” platformasında məlumat paylaşıb.

“Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun
dediyi kimi, bu, 1,5 il əvvəl diplomatik əlaqələr bərpa olunduqdan
sonra münasibətlərin yaxşılaşdırılması istiqamətində mühüm addım
idi”, – deyə Kovaç qeyd edib.

Bundan başqa, Macarıstan və Ermənistan arasında iqtisadi
əməkdaşlıq haqqında saziş, eləcə də, Ermənistanın Xarici İşlər
Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi
arasında 2024-2025-ci illər üzrə iqtisadi əməkdaşlıq proqramı
imzalanıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun