Bakı. Trend:
Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Trend xəbər verir ki, Adil
Əliyev idarə etdiyi “UAZ” markalı avtomobillə yolun kənarında
dayanmış “Mercedes” markalı avtomobilə çırpılıb.
Nəticədə “Mercedes”in içində olan, taksi kimi fəaliyyət göstərən
Arif İsmayılov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
























