Advertisement

İsrail Rəfah keçid məntəqəsinə nəzarəti ələ keçirib

Bakı. Trend:

İsrail ordusu Qəzza zolağında Rəfah keçid məntəqəsinə nəzarəti
ələ keçirib.

Trend xəbər
verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumata görə, İsrail HƏMAS-ın 150-dən çox obyektini məhv
etməklə Rəfah keçid məntəqəsinə nəzarəti ələ keçirib.

Qeyd edək ki, İsrail hökuməti yekdilliklə Qəzza zolağının
cənubundakı Rəfah şəhərində hərbi əməliyyatın davam etdirilməsi
barədə qərar qəbul edib.

“İsrail HƏMAS-a hərbi təzyiq göstərmək, girovlarımızın azad
edilməsini asanlaşdırmaq və digər müharibə məqsədlərinə nail olmaq
üçün Rəfah əməliyyatını davam etdirəcək”, – Benyamin Netanyahunun
ofisinin yaydığı bəyanatda deyilir.