Bakı. Trend:
Xətai rayonunda yerləşən dəmir yolu ərazisində bir nəfər şəxsə
qarşı quldurluq əməli törədilməsi barədə polisə məlumat daxil
olub.
Trend DİN-ə istinadən xəbər
verir ki, araşdırmalarla həmin şəxsin döyülməsi, kəsici alətlə
xəsarət yetirilərək mobil telefonunun talanması, daha sonra
telefonundakı tətbiq vasitəsilə 367 manat dəyərində alış-veriş
edilməsi məlum olub.
Ona xəstəxanada ilkin tibbi yardım göstərilib.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Nihad
Abasov və Namiq Sadiqi müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.




























