Bakı. Trend:
Mayın 6-da ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Azərbaycanın
işğaldan azad edilmiş ərazilərinə çoxdandır təxirə salınan səfərini
həyata keçirdi.
Əlbəttə ki, ABŞ-dəki erməni diasporu və ermənipərəst
jurnalistləri bu hadisəyə “laqeyd qala” bilməzdi.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu cür
jurnalistlərdən birinin ABŞ-nin bu səfərə dair mövqeyi ilə bağlı
sualını cavablandırmaqdan nəzakətlə imtina edib.
Miller Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin
Almatıda keçiriləcək görüşü ilə bağlı “gözləntilərin olmadığını”
deyib.
Beləliklə, ABŞ Dövlət Departamenti əslində ermənilərin təxribat
törədərək bu mövzu ilə bağlı vəziyyəti gərginləşdirməsi üçün
istənilən ehtimalın qarşısını alıb.
Nə şərh olunmalı idi ki? Azərbaycanda akkreditasiya olunmuş
bütün diplomatlar mütəmadi olaraq ölkənin bölgələrinə səfərlər edir
və burada təəccüblü heç nə yoxdur. Onlar Qarabağı müstəsna olaraq
Azərbaycan ərazisi olaraq qəbul edir. Təxribatçı jurnalistlərin bu
hadisəni siyasiləşdirməyə çalışmaqları isə növbəti dəfə onların
ermənipərəst niyyətini göstərir.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























