Advertisement

Rusiya FHN MiQ zavodunda yanğınla bağlı xəbəri təkzib edib

Bakı. Trend:

Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada yerləşən MiQ
zavodunda yanğınla bağlı xəbəri təkzib edib.

Trend xəbər
verir ki, bu barədə nazirliyin “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, zavodda yanğın baş verdiyinə dair xəbər həqiqəti
əks etdirmir, yanan Leninqrad prospektində yerləşən ikimərtəbəli
boş binadakı tullantılar olub.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya KİV Moskva şəhərində
yerləşən “MiQ” zavodunda yanğın baş verdiyinə dair məlumat
yayıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun