Advertisement

Ermənistan Qazaxla həmsərhəd kənddə minaları zərərsizləşdirir

Bakı. Trend:

Ermənistan bu gün Tavuş vilayətinin Kirants kəndinin
yaxınlığında minaları zərərsizləşdirəcək.

Trend xəbər
verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat
yayıb.

Məlumata görə, minalar yaşayış məntəqəsindən 1800 metr şimalda
partladılacaq.

Nazirlik yaxınlıqdakı rayonların sakinlərini informasiyanı
nəzərə almağa və panikaya düşməməyə çağırıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun