Advertisement

Yanvar-aprel aylarında Türkiyə avtomobil sənayesi məhsulları ixracını artırıb

Bakı. Trend:

2024-cü ilin yanvar- aprel aylarında Türkiyənin avtomobil
sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1
faiz artaraq 11,9 milyard dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən
xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat
verilib.

“Bu ilin aprel ayında Türkiyə 2,7 milyard dollar məbləğində
avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin aprel
ayı ilə müqayisədə 2,1 faiz çoxdur,” – deyə nazirlikdən
bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023- aprel 2024)
Türkiyə 35,6 milyard dollar məbləğində avtomobil sanayesi
məhsulları ixrac edib.