Bakı. Trend:
Belarusda taktiki nüvə silahından istifadə edə bilən bölmələr
yoxlanılacaq.
Trend xəbər
verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müvafiq qərar ölkənin prezidenti Aleksandr
Lukaşenko tərəfindən verilib.
Qeyd olunub ki, planlaşdırma, hazırlıq və taktiki nüvə
sursatları ilə zərbə endirmə tədbirləri yoxlanılacaq.





























