
Bakı. Trend:
İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024″ beynəlxalq mahnı
müsabiqəsinin ilk yarımfinalı baş tutub.
Trend xəbər verir ki, müsabiqədə Azərbaycanı təmsil edən Fahree
və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə çıxış ediblər. Mahnının
müəllifi Fahree-dir (Faxri İsmayılov). Mado Salih, Edqar Ravin,
Həsən Heydər və Mila Miles də müsabiqə mahnısı üzərində
çalışıblar.
15 ölkədən ilk finalçılar Serbiya, Portuqaliya, Sloveniya,
Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və
Lüksemburq təmsilçiləri olub.
Qeyd edək ki, İsveçin Malmö şəhərində “Eurovision 2024”
beynəlxalq mahnı müsabiqəsi keçirilir. İkinci yarımfinal mayın
9-da, final isə mayın 11-də baş tutacaq.





























