Bakı. Trend:
“Airbus” şirkəti apreldə müştərilərinə 61 təyyarə, o cümlədən 6
ədəd A350 təhvil verib.
Trend-in məlumatına görə, ilin əvvəlindən müştərilərə
çatdırılmış hava gəmilərinin sayı 203 olub. Şirkət il ərzində 880
mülki təyyarə istehsal etməyi qarşıya məqsəd qoyub.
Son məlumata görə, “Airbus”un 222 təsdiqlənmiş sifarişi var.





























