Advertisement

“Çelsi”də mövsümün ən yaxşı oyunçusu bəlli olub

Bakı. Trend:

İngiltərənin “Çelsi” komandasında mövsümün ən yaxşı futbolçusu
bəlli olub.

Trend xəbər verir
ki, bu barədə London klubunun rəsmi saytında bildirilib.

Məlumata əsasən, bu ada səsvermə nəticəsində Kol Palmer layiq
görülüb.

Qeyd edək ki, K. Palmer bu mövsüm “Çelsi”nin heyətində 45 matçda
26 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.