Advertisement

Çempionlar Liqasında cavab oyunlarına start verilib

Bakı. Trend:

Çempionlar Liqasında 1/2 final mərhələsinin cavab oyunlarına
start verilib.

Trend İdman.biz
istinadən xəbər verir ki, İFFHS mərhələnin ilk oyun günündə baş
tutan PSJ – “Borussiya” (Dortmund) qarşılaşması ilə bağlı statistik
hesabat hazırlayıb.

35 yaş 143 günlüyündə fərqlənən Mats Hummels Çempionlar
Liqasının pley-off mərhələlərində qol vuran ən yaşlı almaniyalı
olub.

Hummels Çempionlar Liqası tarixində yarımfinalda qol vuran 3-cü
ən yaşlı oyunçudur. Rayan Qiqqz 37 yaş 148, Edin Dzeko 37 yaş 54
günlüyündə rəqib qapısına yol tapıb.

Mats “Borussiya”nın heyətində Çempionlar Liqasında qol vuran
ikinci “qocadır”. Lukaş Pişek 35 yaş 188 günlüyündə buna nail
olub.

Start heyətinin orta yaşı 24 il 157 günə bərabər olan PSJ
Çempionlar Liqasının yarımfinallarında son 15 ilin ən gəncidir.
2009-cu ilin mayında “Arsenal” 24 yaş 26 günlük start heyəti ilə
“Mançester Yunayted” önünə çıxıb.

PSJ matç ərzində 31 zərbə endirib. XXI əsrdə üçüncü dəfə
Çempionlar Liqası matçında 30-dan çox zərbə vuran komanda qola
həsrət qalır. 2003-cü ildə “Milan” 31, 2012-ci ildə “Braqa” 35
zərbə vurduğu görüşdən qolsuz ayrılıb.

Paris klubu 2016-cl ildən sonra Çempionlar Liqasının eyni
oyununda 4 dəfə dirək və ya tirə tuş gələn yeganə komandadır. Onlar
topu iki dəfə dirək, iki dəfə tirə vurub. “Benfika” 2016-cı ilin
noyabrında “Beşiktaş”la matçda belə halla üzləşib.

PSJ pley-off matçında tir və dirəyi 4 dəfə nişan alan yeganə
komandadır.

Parislilər “Borussiya” ilə yarımfinal matçlarında 6 dəfə dirək
və tirə tuş gəlməklə iki oyunluq duellərin rekorduna imza atıb.

Fransa klubu mövsümdə 14 dəfə topu dirək və ya tirə vurmaqla da
rekordçu olub.

Qeyd edək ki, Almaniya klubu ilk görüşdəki kimi 1:0 hesablı
qələbə qazanıb.