Bakı. Trend:
Mayın 9-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb
küləyi əsəcək.
Havanın temperaturu gecə 12-15°, gündüz 19-24° olacaq. Atmosfer
təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi
rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli olacağı,
şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı
ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər bəzi
yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15°, gündüz 20-25°, dağlarda gecə
2-7°, gündüz 7-12° olacaq.





























