Advertisement

3 ildir insan alverinə görə axtarışda olan qadın həbs edildi

Bakı. Trend:

3 ildir insan alverinə görə axtarışda olan 40 yaşlı Aygün
Kərimova (ad-soyad şərti) həbs edilib.

Trend xəbər verir ki, təqsirləndirilən şəxs polis əməkdaşları
tərəfindən keçirilən əməliyyatla tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri)
maddəsi ilə yekun ittiham elan edilib.

Xanım müttəhim iki nəfər həmcinsini cinsi istismara məruz
qoymaqda təqsirləndirilir.

İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün
məhkəməyə göndərilib.