Bakı. Trend:
Slovakiya illik 5 milyard kubmetr qazın mümkün nəqlinə
hesablanan “Həmrəylik halqası” (STRING) yeni regional qaz kəməri
təşəbbüsünün reallaşdırılması vasitəsilə Azərbaycan qazı ala
bilər.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə
Slovakiyanın neft və qaz assosiasiyasının (Slovak Gas and Oil
Association, SGOA) icraçı direktoru Rixard Kvasnyovski deyib.
Kvasnyovskinin sözlərinə görə, Azərbaycan əlavə qaz ilə Norveç
və ABŞ-dan başqa Avropa üçün daga bir qaz mənbəyi olan ölkəyə
çevrilə bilər.
“Bu, xüsusilə şərq qaz kəməri sistemi ilə tarixi əlaqələrini
nəzərə alaraq Mərkəzi və Şərqi Avriopa ölkələri üçün enerji
təhlükəsizliyinin artırılmasına mühüm töhfə olardı”, – deyə
Kvasnyovski qeyd edib.
O qeyd edib ki, bu mənada transsərhəd birləşmələrin ötürmə
qabiliyyətinin artırılması şərti ilə Azərbaycandan çpvcud
infrastruktur vasitəsilə (Türkiyədən keçməklə) qaz idxalınınn
artırılmasına yönələn “Həmrəylik halqası” təşəəbbüsü vacibdir.
Kvasnyovski xatırladıb ki, Azərbaycan təbii qaz tədarükünün
şaxələndirilməsi səyləri üzrə Aİ-nin vacib təırəfdaşlarından
biridir.
“Azərbaycan qazının tədarükünün iki dəfə artırılmasını nəzərdə
tutan 2022-ci ilin yayında imzalanmış Avropa Komissiyası ilə enerji
sahəsində strateji tərəfdaşlığa dair Memorandum (Azərbaycan ilə
Avropa İttifaqı (Aİ) imzalayıb.
Slovakiya Bolqarıstandan keçməklə “Həmrəylik halqası” vasitəsilə
qaz ala bilər. Hazırda STRING-in problemli hissəsi Rumıniya ilə
Macarıstan arasında sərhəddə yerləşir”, – Bodnar əlavə edib.
Xatırladaq ki, 2023-cü ilin aprel ayında Sofiyada “Həmrəylik
halqası” (STRING) təşəəbbüsü çərşivəsində “Bulgartransgaz”
(Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və
“Eustream” (Slovakiya) və SOCAR (Azərbaycan) arasında Anlaşma
Memorandumunun imzalanması mərasimi keçirilib.
Hələlik təşəbbüs Avropa Komissiyası tərəfindən öyrənilmə
mərhələsindədir.



























