Advertisement

Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr keçirilib

Bakı. Trend:

Azərbaycan və İsrail Xarici İşlər Nazirlikləri arasında
məsləhətləşmələr keçirilib.

Trend xəbər verir ki, bu barədə İsrail XİN-də siyasi məsələlər
üzrə direktor Aliza Bin Noun “X” sosial media hesabında
bildirib.

“Azərbaycan XİN-də xarici işlər nazirinin müavini Fariz Rzayevlə
səmərəli nazirliklərarası məsləhətləşmələr apardıq. Güclü
ikitərəfli münasibətlərimiz diqqətlə təhlil olundu və onların
davamlı inkişafı üçün yollar axtarıldı.

Biz, həmçinin, Yaxın Şərq və Qafqazda inkişaf edən dinamikaya
toxunduq. Səmimi qəbula və zəngin fikir mübadiləsinə görə
minnətdarıq”, – deyə əlavə edilib.