Bakı. Trend:
Gürcüstanda iyunun 1-dən etibarən turistlər üçün yeni qaydalar
qüvvəyə minəcək.
Trend bu barədə Gürcüstan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar ayında qəbul edilmiş sənəddə
deyilir ki, iyunun 1-dən Gürcüstana səfər edən turislər tibbi
sığorta və təbii fələkətlərdən sığorta əldə etməlidirlər. Digər
ölkələrin səfirlikləri artıq sığorta zərurəti ilə bağlı təlimat
dərc ediblər.
Sənəd turistin ölkədə qalacağı günlər əzrində aktiv olmalıdır.
Əcnəbi vətəndaşlığı olan şəxs Gürcüstanda işləyir və ya ölkədə
daşınmaz əmlak sahibidirsə, yenə də sığorta təqdim etməli olacaqş
Tibbi sığorta olmadığı halda həmin şəxs cərimə olunmur, lakin onun
ölkəyə girişinə qadağa qoyulur.





























