Advertisement

Unibank UPOS xidmətini biznes sahibləri üçün komissiyasız etdi

Bakı. Trend:

“Unibank”ın POS-terminalı əvəz edən UPOS xidmətinə
qoşulmaq indi daha sərfəli olub. Fevralın 15-dən martın 31-dək
davam edən kampaniya çərçivəsində UPOS xidmətinə qoşulan
sahibkarlar üçün qoşulma haqqı və əməliyyatlar üzrə komissiyalar 0%
təşkil edəcək.

UPOS -ödənişləri mobil telefon vasitəsilə qəbul
etmək üçün yaradılan POS-terminal xidmətidir.

UPOS-un əsas üstünlükləri:

  • Əlavə POS-terminal cihazına ehtiyac yoxdur;
  • 7/24 onlayn şəkildə qoşulma imkanı;
  • Asanlıqla daşınabilən mobil cihazlardan istifadə
    edirsiniz;
  • Xidmət haqqı və aylıq ödəniş tələb olunmur.

UPOS-a qoşulmaq da çox asandır. Xidmətə
istənilən vaxt qoşula bilərsiniz. Telefonunuzdakı UBank Biznes
mobil əlavəsinə daxil olaraq, “UPOS” bölümündə ümumi məlumatları
daxil edib, ödənişləri qəbul edəcəyiniz hesabı seçirsiniz. Elektron
müqaviləni imzaladıqdan sonra sorğu tamamlanır və bankın təsdiqinin
ardınca ödənişləri istər öz mobil cihazınızda, istərsə də
seçiminizə uyğun digər əməkdaşlarınızın mobil cihazlarından qəbul
edə biləcəksiniz.

Xidmət haqqında ətraflı bankın saytından (https://unibank.az/az/corporatemenus/585/upos)
məlumat almaq olar.

Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək
istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16
saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”,
“Əcəmi” filialları, “Unibank- biznes mərkəzi”, “Sədərək” Biznes
Mərkəzi, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir.
Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012)
117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index)
əldə etmək olar.

Unibank- Sənin Bankın!