Advertisement

FIFA məhkəməyə verilə bilər – Trend.Az

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyası (FIFA) məhkəməyə verilə
bilər.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, buna səbəb 2025-ci ildə keçiriləcək klublararası
dünya çempionatının reqlamentidir.

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası
(FİFPro) turnirdə komanda sayının 32-yə yüksəlməsi ilə bağlı
şikayət edib. Şikayətdə oyun sayının artırılmasının futbolçuların
səhhətində problem yarada biləcəyi vurğulanb. FİFA prezidenti Canni
İnfantinodan dünya çempionatının bu formatda təşkilindən imtina
tələbi irəli sürülüb.

Qeyd edək ki, gələn il ABŞ-ın ev sahibliyi edəcəyi yarışda 32
klub 8 qrupda yarışacaq.