Advertisement

Putin Mişustinin baş nazir postuna namizədliyini Dövlət Dumasına təqdim edib

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına Mixail
Mişustinin baş nazir postuna namizədliyini təqdim edib.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav
Volodin öz “Telegram” kanalında yazıb.

O qeyd edib ki, “bu gün deputatlar bu məsələ ilə bağlı öz
seçiciləri adından məsuliyyətli qərar qəbul edəcəklər”.

V.Volodin vurğulayıb ki, müasir Rusiya tarixində ilk dəfə olaraq
Dövlət Duması hökumətin tərkibini formalaşdıracaq, onlar hökumətin
sədrini, onun müavinlərini, federal nazirləri təsdiq edəcəklər.

O, bütün fraksiyalarda baş nazirin namizədliyinin müzakirəsinin
aparılacağını və yerli vaxtla saat 14:00-da Dumanın plenar
iclasının başlayacağını bildirib.