Advertisement

HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib – Netanyahu

Bakı. Trend:

İsrail ordusu Fələstinin radikal HƏMAS hərəkatının 20
batalyonunu məhv edib.

Trend-in
məlumatına görə, bu sözləri Amerikanın “Merit Street Media”
telekanalına müsahibəsində İsrailin Baş naziri Benyamin Netanyahu
deyib.

“HƏMAS”ın 24 batalyonundan 20-ni məhv edə bildik. Rəfaha daxil
olmaq istəyirik, çünki orada daha dörd batalyon var”, – deyə Baş
nazir qeyd edib.

Eyni zamanda, Netanyahu İsrailin Rəfah əməliyyatı zamanı çox
güclü müqavimətlə üzləşəcəyini etiraf edib, lakin İsrail
hərbçilərinin bunun öhdəsindən gələcəyinə əmin olduğunu
bildirib.