Advertisement

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Bakı. Trend:

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman
Yaponiyaya səfər edəcək.

Trend-in
məlumatına görə, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa
Hayaşi Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

“Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman
mayın 20-dən 23-dək Yaponiyada dövlət səfərində olacaq. Səfər
zamanı onu İmperator Naruhito qəbul edəcək, baş nazir Fumio Kişida
da onunla görüşəcək. Ümid edirik ki, bu səfər ikitərəfli əlaqələri
gücləndirəcək”, – deyə Y.Hayaşi əlavə edib.

Yaponiya və Səudiyyə Ərəbistanı 2025-ci ildə diplomatik
əlaqələrin qurulmasının 70 illiyini qeyd edəcək. Vəliəhdin səfəri
bu tarixə təsadüf edir.