Advertisement

Pentaqon Rusiyanın “Starlink”ə icazəsiz girişini dayandırdı

Bakı. Trend:

Pentaqon Rusiyanın “Starlink” peyk rabitə terminallarından
qanunsuz istifadə etməsinin qarşısını alacaq.

Trend bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər
verir.

ABŞ müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plambın
sözlərinə görə, Rusiya “Starlink” və digər kommersiya rabitə
sistemlərindən istifadə etmək üçün yollar tapmağa çalışır.

“Bu məsələ ABŞ üçün problem olaraq qalır. Lakin Vaşinqton və
müttəfiqləri yaxşı həllər tapıblar”, – deyə Pentaqon şefinin
köməkçisi əlavə edib.

Bu ilin fevral ayında Rusiya prezidentinin mətbuat katibi Dmitri
Peskov isə bildirib ki, “Starlink” terminallarından ölkələrində
rəsmi olaraq istifadə edilmir.