Advertisement

Ağcabədidə yol qəzası: 84 yaşlı sürücü ölüb

Bakı. Trend:

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub .

Trend xəbər verir ki, Hindarx
qəsəbəsində 1991-ci il təvəllüdlü Mirzayev Emil Sahib oğluna məxsus
“VAZ-21011” markalı avtomobillə 1940-cı il təvəllüdlü Quliyev
Türbəndə Talış oğluna məxsus “VAZ-2106” markalı avtomobil toqquşub.
Nəticədə, Türbəndə Quliyev aldığı xəsarətlərdən xəstəxanada
ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.