Advertisement

Putin Mişustinin baş nazir təyin edilməsini təklif edib

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Mixail Mişustini Rusiya
hökumətinin sədri vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim
edib.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Dövlət
Dumasının spikeri Vyaçeslav Volodinin deyib.

O qeyd edib ki, əgər deputatlar təşəbbüsü dəstəkləsələr, dövlət
başçısı baş nazirin təyin edilməsi haqqında fərman imzalayacaq.

“Qanunvericilik və icra hakimiyyətinin birgə işinin yeni
mərhələsi başlayır. Namizədliyin müzakirəsi zamanı parlament
üzvləri prezidentin qarşıya qoyduğu bəzi vəzifələrin necə həll
olunacağı suallarına cavab almaq istəyirlər. Bu, ilk növbədə
demoqrafik siyasətə, insanların rifahının artırılmasına, çox uşaqlı
ailələrə dəstək olmağa və gənclər siyasətinin həyata keçirilməsinə,
texnoloji suverenliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın və
regionların inkişafına, ölkənin müdafiə qabiliyyətinin
artırılmasına aiddir”, – spiker əlavə edib.

Xatırladaq ki, mayın 7-də Mixail Mişustinin rəhbərlik etdiyi
Rusiya hökuməti Vladimir Putinin fərmanı ilə istefa verib. Bu,
prezidentin andiçmə mərasimi ilə bağlıdır, ondan sonra qanunla
hökumət istefaya getməlidir.