
Bakı. Trend:
Şuşada seysmoloji stansiyanın qurulması ilə bağlı işlər başa
çatıb. Orada abadlıq işləri və stansiyanın quraşdırılması işi
qalıb.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA
nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru
Qurban Yetirmişli deyib.
O bildirib ki, bu stansiya Türkiyənin AFAD qurumu tərəfindən
bizə hədiyyə edilib.
“Bu, Azərbaycanda 4-cü quyudibi stansiya olacaq. 100 metr
dərinliyində yerləşəcək. Bütün azad edilmiş ərazilərdə kompleks
tədqiqatlar aparacayıq. Əhali köçdükcə orada işlə təmin olunacaq”,
– o qeyd edib.





























