Bakı. Trend:
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hesab edir ki,
regionda bütün nəqliyyat kommunikasiyalarını açmaq lazımdır.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, Ararat Mirzoyan
azərbaycanlı və qazaxıstanlı həmkarları ilə Almatıda görüş zamanı
bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsinin
imzalanması ilə məhdudlaşmamalıdır.
“Biz daha irəli gedərək bölgədəki bütün nəqliyyat
kommunikasiyalarını aça bilərik”, – deyə Mirzoyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan sülhə və sülh müqaviləsinin
bağlanmasına yönəlib.
“Biz danışıqlar prosesinə çox konstruktiv şəkildə cəlb
olunmuşuq”, – deyə o vurğulayıb.
Qeyd edək ki, mayın 10-da Almatıda Ermənistan və Azərbaycan
xarici işlər nazirləri arasında Qazaxıstan XİN rəhbəri Murat
Nurtleunun iştirakı ilə danışıqlar aparılır. Görüşün sonunda onlar
mətbuata açıqlama ilə çıxış edəcəklər.





























