Bakı. Trend:
Türkiyədə şagirdlərin olduğu avtobus dərəyə aşıb.
Trend türk KİV-lərinə
istinadən xəbər verir ki, hadisə Antalya şəhərində qeydə
alınıb.
Məlumata görə, içərisində 22 şagird və 2 müəllimin olduğu
mikroavtobus yağış səbəbindən idarəetməni itirib.
Qəza nəticəsində 25 nəfər xəsarət alıb. Hadisə yerinə təcili
tibbi yardım avtomobilləri və polis cəlb edilib. Xəstəxanaya
aparılan yaralıların həyati təhlükəsi yoxdur.





























