Advertisement

Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Bakı. Trend:

Mayın 11-i saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər
verildiyi kimi, əksər rayonlarda şimşək çaxıb, arabir yağış,
Şahdağda isə zəif qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, düşən yağıntının miqdarı Gədəbəydə 4 mm, Balakəndə 3 mm,
Daşkəsən, Sədərəkdə 2 mm, Naxçıvan, Ordubad, Göygöl, Naftalan,
Gəncə, Şəmkir, Ağdam, Zaqatala, Şəki, Qax, Quba, Qusar,
Cocuqmərcanlı, Tərtər, Yevlax, Beyləqan, Lənkəran, Astarada 1
mm-dək olub.

Bakı, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Göygöl, Şamaxı,
Altıağac, Tərtər, Bərdə, Beyləqan, Lerikdə duman müşahidə
olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24
dərəcəyədək, Naxçıvan MR-da 23-28, Aran rayonlarında 23-26, dağlıq
rayonlarda 13 dərəcəyədək isti olub.