Bakı. Trend:
Ermənistan parlamentinin keçmiş deputatı, “Alyans” partiyasının
lideri Tiqran Urixanyan Ermənistan tərəfinin tələbi ilə Rusiyada
saxlanılıb.
Trend bu barədə erməni
KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, ona qarşı Ermənistanın Cinayət Məcəlləsinin
müvafiq maddəsi ilə cinayət işi qaldırılıb.
Qeyd edilir ki, T.Urixanyan daha əvvəl İrəvan Ağsaqqallar
Şurasına seçilmişdi. Sonra onun səlahiyyətlərinə xitam verilib,
çünki 2023-cü ilin sentyabrında ona qarşı ölkədə konstitusiya
quruluşunun zorakılıqla devrilməsinə çağırış maddəsi ilə cinayət
işi açılmışdı.





























