Advertisement

Rusiyada beşmərtəbəli yataqxana binası çökdü

Bakı. Trend:

Rusiyada beşmərtəbəli yataqxana binasının üç mərtəbəsi
çöküb.

Trend rus KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar
Nazirliyi məlumat yayıb.

Məlumata görə, Komi Respublikasının Peçora şəhərində baş verən
hadisə zamanı zərərçəkən olmayıb.

Əraziyə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub. Binadan
14 sakin təxliyə edilib.