Advertisement

Mask güclü geomaqnit qasırğasının peyklərə artan yükündən danışıb

Bakı. Trend:

Amerikalı iş adamı və “SpaceX” şirkətinin sahibi İlon Mask
şirkət tərəfindən istehsal olunan «Starlink» internet peyklərinin
güclü geomaqnit qasırğası səbəbindən artan yüklə üzləşir.

Trend xəbər verir ki, bu barədə İlon Mask özünün sosial şəbəkə
hesabında məlumat verib.

““Starlink” peykləri ağır yük altındadır, lakin hələlik onlar
bunun öhdəsindən gələ bilirlər”, – deyə o bildirib.

O əlavə edib ki, hazırda Günəş aktivliyi səbəbindən qeydə
alınmış geomaqnit qasırğası uzun illər ərzində ən güclüdür.

Qeyd edək ki, ABŞ Meteorologiya Xidməti 2003-cü ildən etibarən
ilk dəfə Yerə çatan geomaqnit qasırğasının gücünün
qiymətləndirilməsini maksimum G5 səviyyəsinə qaldırıb. Xəbərdarlıq
olunub ki, geomaqnit qasırğası iki günə yaxın davam edəcək.