Advertisement

İsrail ordusu Qəzzanın Cəbəliyyə şəhərində HƏMAS-a qarşı əməliyyata başlayıb

Bakı. Trend:

İsrail ordusu “HƏMAS”ın Qəzza zolağının şimalındakı Cəbəliyə
şəhərinə qayıtmasına qarşı əməliyyatlara başlayıb.

Trend-in
məlumatına görə, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi
Daniel Haqari brifinq zamanı deyib.

“Biz HƏMAS-ın son həftələrdə Cəbəliyyədə hərbi potensialını
bərpa etmək səylərini aşkar etdik və bu təhlükəni aradan qaldırmaq
üçün bölgədə əməliyyatlar həyata keçiririk”, – deyə o bildirib.